Modern.az

Bir ailənin 3 üzvü BIÇAQLANDI

Bir ailənin 3 üzvü BIÇAQLANDI

21 Mart 2024, 22:57

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və qızları, 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza