Sumqayıtda hamilə qadın ölüb.
Modern.az-ın məlumatına görə, hadisə “Kimyaçılar” qəsəbəsində qeydə alınıb.
27 yaşlı Lalə Sərdar qızı Hüseynovanı evdə epilepsiyası tutub, təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki,1997-ci il təvvəllüdlü qadın 5 aylıq hamilə imiş.
Faktla bağlı araşdırma aparılır.