Modern.az

Tovuzda yol qəzası - 3 nəfər yaralandı

Tovuzda yol qəzası - 3 nəfər yaralandı

23 Mart 2024, 18:00

Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələn qəza olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" marakı minik maşını digər avtomobillə toqquşub.

 

Qəza zamanı 1999-cu il təvəllüdlü Arzu Süleymanov, 1994-cü il təvəllüdlü Azər Abdıyev və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza