Modern.az

Göyçayda dəhşət: Hamilə qadın üçəmlərini İTİRDİ

Göyçayda dəhşət: Hamilə qadın üçəmlərini İTİRDİ

23 Mart 2024, 18:12

Göyçay Rayon Mərkəzi Xəstəxanasında üçəmə hamilə olan qadın vaxtından əvvəl doğuş edib.

 

Modern.az "oxu.az"a istinadən xəbər verir ki, 22-23 həftəlik hamilə olan Ayşə Məhərəmova mart ayının 21-də vaxtından əvvəl doğuş üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasına gedib. Daha sonra göndəriş əsasında Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Ana A.Məhərəmova sağ qalsa da, döllər vaxtından əvvəl ölü doğulub.

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU