Modern.az

Balıq tutan kişini "tok" vurub öldürdü

Balıq tutan kişini

Hadisə

26 Mart 2024, 11:52

Saatlı rayonunda balıq tutan 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Qaranuru kənd sakini, 1987-ci il təvəllülü Səmədov Amil Müzəffər oğlu sözügedən kənd ərazisinə tilovu kanala atarkən tiliov 10 min kilovoltluq elektrik xəttinə toxunub. Nəticədə balıqçını elektrik cərəyanı vuraraq öldürüb.

 

Həmin əraziə balıq ovlayarkən bir neçə dəfə belə halların olduğu bildirilir.

 

Faktla bağlı araşırma aparılır. (Report)

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza