Modern.az

Lerikə istirahətə gedən 3 ailənin 11 üzvü qidadan zəhərləndi

Lerikə istirahətə gedən 3 ailənin 11 üzvü qidadan zəhərləndi

27 Mart 2024, 12:36

Lerikdə istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib.

 

Modern.az-ın  məlumatına görə, zəhərlənənlərdən 6-sı azyaşlıdır.

 

Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir. İlkin ehtimala görə, zəhərlənən şəxslər özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib.

 

Zəhərlənənlərin vəziyyəti ilə bağlı  Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Maqsud Ağayev Modern.az-a açıqlama verib.

 

Baş həkim bildirib ki, zəhərlənən şəxslər Lerikə yox, Lənkəran şəhər Mərkəzi xəstəxanasına aparılıb:

 

“Xəstələr qonaqdırlar. Birbaşa Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. İstirahət mərkəzi Lənkarana daha yaxın olduğu üçün ora müraciət ediblər. Lənkəranla əlaqə saxlamışam bir problem yoxdur. Vəziyyətləri yaxşıdır, aralarında ağır xəstə yoxdur.  Hələki xəstəxanadadırlar, yəqin ki, yardım edib, ambulator müalicəyə buraxılacaqlar”.

 

Zəhərlənən şəxslərin adlarını təqdim edirik:

 

1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə

1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə

2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə

2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə

1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva

1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva

2020 – cı il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva

2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev

1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev

2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva

2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri