Modern.az

Əcnəbilər Bakıda qatarlara 5 min manata yaxın ziyan vurdular

Əcnəbilər Bakıda qatarlara 5 min manata yaxın ziyan vurdular

Hadisə

30 Mart 2024, 13:53

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.

 

Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU