Modern.az

Gəncədə iki "VAZ" toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki

Hadisə

1 Aprel 2024, 09:04

Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xatai Prospektində qeydə alınıb.

 

İki "VAZ" markalı avtomobiln toqquşması nəticəsində 1959-cu il təvəllüdlü M.Əsədov, 1974-cü il təvəllüdlü V.Bayramov və 1960-cı il təvəllüdlü S.İbrahimov xəsarət alıb.

 

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU