Modern.az

Ən güclü külək Tərtərdə əsir - Faktiki hava

Ən güclü külək Tərtərdə əsir - Faktiki hava

Hadisə

4 Aprel 2024, 10:02

Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur.

 

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

Bildirilib ki, ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir:

 

"Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir. Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır".

 

G.Məmmədovanın sözlərinə görə, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı