Modern.az

Masallıda ağır qəza - 4 nəfər yaralandı

Masallıda ağır qəza - 4 nəfər yaralandı

Hadisə

4 Aprel 2024, 10:50

Masallının Sərçuvar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Masallı rayon mərkəzi xəstəxanasından Modern.az-a verilən məlumata görə bu gün səhər saat 07:40 radələrində baş verən avtoqəza nəticəsində 4 nəfər: 1953-cü il təvəllüdlü Mirzəyeva Gülxar Əzizan qızı, 1964-cü il təvəllüdlü Sucayeva Gülnisə Seyid qızı, 1979-cü il təvəllüdlü Zülfiyev Dilqəm Akif oğlu və 1998-ci il təvəllüdlü Həsənzadə Elçin Alışan oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya qəbul olunublar.

 

Zülfiyev Dilqəm Akif oğluna yardım olunduqdan sonra o digər xəstəxanaya köçürülüb. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?