Cəlilabad rayonunda fərdi yaşayış evindən ər və arvadın meyitləri aşkar edilib.
Modern.az “Report”a istinadən xəbər verir ki, onların dəm qazından öldüyü ehtimal olunur.
Hadisə Cəlilabad şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Onlar rayon sakinləri, 1963-cü il təvəllüdlü Ağadadaş Şikarov və 1977-ci il təvəllüdlü Mehbarə Şikarovadır.
Meyitlər müayinə olunmaları üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.