Modern.az

Şahbuzda qadın körpüdən çaya düşərək öldü

Şahbuzda qadın körpüdən çaya düşərək öldü

8 Aprel 2024, 09:44

Naxçıvanın Şahbuz rayonunda qadın körpüdən çaya düşərək ölüb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Külüs kəndində qeydə alınıb.

 

Belə ki, ötən gün axşam saatlarında kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Kənd sakinləri onun meyitini dünən gecə saatlarında çaydan tapıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU