Modern.az

Eyni anda iki ev yandı

Eyni anda iki ev yandı

9 Aprel 2024, 22:15

Göyçayda eyni anda iki evdə yanğın qeydə alınıb.

 

Medern.az xəbər verir ki, hadisə şəhərin Z.Tağıyev küçəsində 73 yaşlı Sakit Məmmədova məxsus yaşayış evində baş verib. Yanğın zamanı ümumi sahəsi 140 kvadratmetr birmərtəbəli, beşotaqlı evin iki otağı və tavanı, həmçinin digər hissələri yanıb. Yanğın zamanı alovun miqyası böyüyərək qonşuluqda yerləşən rayon sakini 68 yaşlı Nazir Məmmədovun evinə də keçib.

 

Alovun söndürülməsi üçün əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası qısa müddətdə digər əraziləri alovdan mühafizə etməklə yanğını söndürüblər.

 

Yanğının başvermə səbəbi araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?