Modern.az

Narkotik satan axund tutuldu - FOTO

Narkotik satan axund tutuldu - FOTO

Hadisə

13 Aprel 2024, 11:17

Neçtçalada qanunsuz narkotik dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, saxlanılan Samid Salamovdan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkar edilib.

 

Bakupost.az saytının yaydığı məlumata görə, Samid Salamov Neftçaladakı mədrəsədə axund kimi çalışıb. O, rayonda Kərbəlayi Samid kimi tanınır. S.Salamov Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib.

 

Faktla bağlı araşdırma davam edir. 

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU