Modern.az

Gəncədə yanğın - 58 yaşlı kişi öldü

Gəncədə yanğın - 58 yaşlı kişi öldü

Hadisə

13 Aprel 2024, 11:44

Gəncədə yanğın hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU