Modern.az

Sabirabadda maşın aşdı - Ölən və yaralananlar var

Sabirabadda maşın aşdı - Ölən və yaralananlar var

Hadisə

15 Aprel 2024, 08:34

Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

 

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Məmmədov Sabir Bayram oğlu hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü İsmayılova Dostu Əliyar qızı isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza