Modern.az

Bərdə-Ağdam avtomobil yolunda ağır qəza - 1 nəfər öldü

Bərdə-Ağdam avtomobil yolunda ağır qəza - 1 nəfər öldü

Hadisə

16 Aprel 2024, 16:27

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəza ilə bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Modern.az-a bildirib ki, Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü İsrafil Həsənov ağır bədən xəsarətləri alaraq ölüb. "BMW" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!