Modern.az

Bakıda silahlı şəxs saxlanıldı

Bakıda silahlı şəxs saxlanıldı

Hadisə

17 Aprel 2024, 14:20

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 ədəd tapança, 17 ədəd patron və 2 ədəd bıçaq aşkarlanıb. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!