Modern.az

İzmirdə iki zavod YANIR

İzmirdə iki zavod YANIR

Hadisə

18 Aprel 2024, 08:41

İzmir şəhərinin Çiğli rayonundakı Atatürk Mütəşəkkil Sənaye Bölgəsində kauçuk və plastik zavodlarında yanğın baş verib.

 

Modern.az xəbər verir ki, yanğın ilk öncə kauçuk zavodunda başlayaraq sonradan plastik zavoduna sıçrayıb. Yanğının dəqiq səbəbi hələlik məlum deyil.

 

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub.

 

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar