Modern.az

Ermənistanda 13 yaşlı qız zorlanıb

Ermənistanda 13 yaşlı qız zorlanıb

Hadisə

18 Aprel 2024, 16:04

Ermənistan Vardenis rayonunda 13 yaşlı qıza qarşı cinsi təcavüz edilib.

Modern.az xəbər verir ki, “Aysor.am”ın məlumatına görə, Zod qəsəbəsinin sakini olan qız taksi ilə Vardenis Musiqi Məktəbinə gedirmiş. Taksi sürücüsü və yanında olan başqa bir kişi qıza təcavüz edib.

"Hazırda qızın vəziyyəti çox ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparır", - mənbə bildirib.

Zod icmasının rəhbəri Sevak Xaçatryan xəbəri təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.

Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb. Onlar törətdikləri cinayəti etiraf ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir