Modern.az

Bakıda yarım milyon manatlıq maşın qəza törətdi - VİDEO

Bakıda yarım milyon manatlıq maşın qəza törətdi - VİDEO

Hadisə

19 Aprel 2024, 09:25

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, qəza Yusif Səfərov küçəsində qeydə alınıb.

 

“Mercedes Maybach” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan “Leap Motors C11” markalı maşına çırpılıb.

 

Zərbənin təsirindən “Maybach” deformasiyaya uğrayıb, “Leap Motors”da olan sərnişin xanım xəsarət alıb.

 

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb ediliblər.


“Maybach” markalı maşının sürücüsü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, “Mercedes Maybach” markalı avtomobilin bazar qiyməti minimum yarım milyon manatdır. (APA)

 

1340025

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…