Modern.az

Binəqədidə yanğında 1 nəfər xəsarət alıb

Binəqədidə yanğında 1 nəfər xəsarət alıb

19 Aprel 2024, 15:56

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi