Modern.az

Taxta bazarındakı yanğınla bağlı rəsmi AÇIQLAMA 

Taxta bazarındakı yanğınla bağlı rəsmi AÇIQLAMA 

Hadisə

20 Aprel 2024, 18:18

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Modern.az Nazirliyə istinadən xəbər verir ki, yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.

 

Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi