Modern.az

Ödənişli yolda ağır qəza - Yaralılar var

Ödənişli yolda ağır qəza - Yaralılar var

Hadisə

22 Aprel 2024, 23:53

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, KIA markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Hadisə zamanı minik avtomobildə olan 7 nəfərdən 5-i Rusiya vətəndaşıdır.

 

Onların adı aşağıdakı kimidir:

 

Makiyev Aleksey Fyodoroviç (1961)

 

Makiyeva Elena Nikolayevna (1977);

 

Mark Denis Nikolayeviç (2007);

 

Milena Denis Nikolayevna (2001).

 

Digər iki nəfər isə Göyçay sakinləri, 1972-ci il təvəllüdlü Humay Xəlilova və 1993-cü il təvəllüdlü Gülnar Məmmədovadır.

 

Onlar xəstəxanaya yerləşdirilib.

 

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok