Modern.az

Culfada ağır qəza - Ölən və yaralananlar var

Culfada ağır qəza - Ölən və yaralananlar var

Hadisə

23 Aprel 2024, 10:36

Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

 

"Chevrolet Niva" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs aldıqları xəsarətdən ölüblər. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu ağır vəziyyətdə Naxçıvan Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi