Modern.az

Azərbaycanın sabiq baş pediatrı özünü GÜLLƏLƏDİ

Azərbaycanın sabiq baş pediatrı özünü GÜLLƏLƏDİ

Hadisə

24 Aprel 2024, 14:09

1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Modern.az verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

 

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyevin intihar etməsi barədə xəbərlər yayılıb.

 

Modern.az xəbər verir ki, onun özünü güllələdiyi bildirilir.

 

Baş Prokurorluqdan bildirilib ki, qurum hadisə barəsində məlumatlıdır. Araşdırılıb, məlumat veriləcək.

 

Qeyd edək ki, Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub. O, 1994-cü ildən 2021-ci ilə qədər ölkənin baş pediatrı vəzifəsində çalışıb. 

 

Nəsib Quliyev son illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasında çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok