Modern.az

DİN rəsmisi: Qız qaçırma adam oğurluğudur! - STATİSTİKA

DİN rəsmisi: Qız qaçırma adam oğurluğudur! - STATİSTİKA

Hadisə

24 Aprel 2024, 14:36

"Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur".

Modern.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis-polkovnik leytenantı Elşad Hacıyev bildirib.

“Kimsə nikaha məcbur edilə bilməz. Qadağandır, məsuliyyət yaradır. Bərdə rayonunda adam oğurluğu faktına görə cinayət işi qaldırılıb. Oğurlanan 2001-ci təvəllüdlü şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə tapılaraq ailəsinə qaytarılıb”, - deyə E.Hacıyev qeyd edib.
 

Xatırladaq ki, bir neçə gün öncə Bərdə rayonunun Uğurbəyli kəndində qız 45 yaşlı kişi 23 yaşlıqızı evlənmək məqsədilə qaçırmışdı. Məcburi olaraq qaçırılan qızın valideynləri Polis şöbəsinə şikayət etmişdilər.

Modern.az adam oğurluğu ilə bağlı statistikanı araşdırmağa çalışıb.

Dövlət Statistika Komitəsinin DİN-in məlumatları əsasında hazırladığı məlumatdan aydın olur ki, son illər adam oğurluğu ilə bağlı məhkum olunanların sayında artım var.

Belə ki, 2020-ci ildə 21 nəfər, 2021-ci ildə 43 nəfər, 2022-ci ildə isə 57 nəfər adam oğurluğu faktına görə məhkum olunub.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər