Modern.az

Qarabağda itkin düşən ailə - 31 ildən sonra atanın qalıqları tapıldı, ana və 3 uşaq yoxdur

Qarabağda itkin düşən ailə - 31 ildən sonra atanın qalıqları tapıldı, ana və 3 uşaq yoxdur

Hadisə

1 May 2024, 11:56

Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin tapılması üçün kütləvi məzarlıqlarda aşkarlanmış naməlum cəsəd qalıqlarının müayinəsini davam etdirir.

Modern.az xəbər verir ki, Dövlət Komissiyasının işçi qrupu 1993-cü ilin avqustunda Füzuli rayonunun Horadiz qəsəbəsi ərazisində itkin düşmüş Quliyevlər ailəsinin bir üzvünün tapıldığını bildirib.

Qeyd edək ki, həmin vaxt Cəbrayılın Niyazqullar kəndindən olan Mehdiqulu Quliyev həyat yoldaşı və üç azyaşlı uşağı ilə birlikdə (bir ailənin 5 üzvü) itkin düşmüşdü.
 

Füzuli rayonunun Balabəhmənli kənd qəbiristanlığında tapılan naməlum cəsəd qalıqlarından birinin Mehdiqulu Mədət oğlu Quliyevə məxsus olduğu müəyyənləşib.


Quhumları deyirlər ki, Mediqulunun valideyinləri dünyadan köçənə qədər övladlarının və nəvələrinin sağ olduğuna, bir gün evə qayıdacaqlarına çox inanırdılar. Amma ölənə kimi gözləri yol çəkən yaşlı valideynlər dünən açıqlanan xəbərdən agah ola bilmədilər.

Qeyd edək ki, cədəd qalıqları tapılan 1958-ci il təvəllüdlü Mehdiqulu Quliyev itkin düşərkən 35 yaşında idi.
 

Beləliklə, 31 ildən sonra itkin düşmüş bir ailənin başçısının nəşi tapılıb. Quliyevlər ailəsinin itkin düşən digər 4 üzvünün taleyi isə hələ ki naməlum olaraq qalır.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?