Modern.az

Evdən qaçan gənc oğlan 13 gündən sonra tapıldı

Evdən qaçan gənc oğlan 13 gündən sonra tapıldı

10 May 2024, 12:54

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev tapılaraq yaxın qohumlarına təhvil verilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin Bakı şəhərində olduğu yer müəyyən olunub.

 

O tapılaraq yaxın qohumlarına təhvil verilib.

 

Qeyd edək ki, Nəsibin valideynləri ayrılandan sonra o, ana babası İbrahim İbrahimovun himayəsində qalıb. Anası isə Türkiyədə ailə qurub və orada yaşayır.

 

Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və bundan sonra ondan hər hansı məlumat almaq mümkün olmamışdı.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU