Azərbaycanda zəlzələ olub.
Modern.az xəbər verir ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, mayın 11-də yerli vaxtla saat 17:23:47-də Talış dağlıq zonasında zəlzələ qeydə alınıb.
Yerin 18 km dərinliyində baş verən zəlzələ cənub rayonlarında hiss olunub. Zəlzələnin gücü 5,2 bal olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən əlavə məlumat veriləcəyi bildirilib.