Modern.az

32 yaşlı kişi özünü tövlədə ASDI

32 yaşlı kişi özünü tövlədə ASDI

Hadisə

13 May 2024, 08:36

Zaqatalada intihar hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə bu gün səhər saat 06 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

 

Kənd sakini 1992-ci il təvəllüdlü Murtuz Mohuma oğlu Həsənovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə atası tərəfindən aşkar edilib.

 

İlkin araşdırma zamanı M. Həsənovun intihar etdiyi məlum olub.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu