Modern.az

Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR

Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR

Hadisə

13 May 2024, 16:08

Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən məlumat verilib.

 

Məlumata görə, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan Sənəm Həsənova ŞPİ-nin 3-cü PB-ə müraciət edərək bildirib ki, mayın 2-də 1991-ci il təvəllüdlü gəlini Şəbnəm Alıyeva azyaşlı 2 övladı - 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı və 2013-cü il təvəllüdlü Ayxanı 4-cü mikrorayonda yaşadıqları evdən götürərərək gedib və bir daha geri qayıtamayıb.

 

Hər 3 şəxsin axtarışları davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU