Modern.az

Bakıda ağır qəza - Ölən və yaralananlar var

Bakıda ağır qəza - Ölən və yaralananlar var

Hadisə

16 May 2024, 09:18

Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yol-nəqliyyat hadisəsi olub, bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Modern.az-ın məlumatına görə, Məmmədov Piruz İsa oğlu gecə saatlarında idarə etdiyi "Mercedens Benz C 320" markalı avtomobillə sözügedən ünvanda hərəkətdə olarkən idarə etməni itirib və yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çırpılıb.

 

Nəticədə sərnişin Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü Məmmədov Piruz İsa oğlu da daxil olmaqla avtomobildə olan digər sərnişinlər Piriyev Orxan Fariz oğlu və Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi