Modern.az

Bakıda avtobuslar toqquşdu - Yaralılar var

Bakıda avtobuslar toqquşdu - Yaralılar var

Hadisə

19 May 2024, 17:05

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

 

"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

 

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi