Modern.az

Yeniyetmənin çayda boğulmasının TƏFƏRRÜATLARI

Yeniyetmənin çayda boğulmasının TƏFƏRRÜATLARI

Hadisə

19 May 2024, 21:20

Gəncəçayda batan 14 yaşlı yeniyetmə Murad Allahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

 

Modern.az xəbər verir ki, o, dostunu xilas edərkən həyatını itirib.

 

Muradın əmisi Qismət Allahverdiyev "Baku TV"yə bildirib ki, üç dost bir yerdə Gəncəçayı keçmək istəyib:

 

"O vaxt su çaya güclü gəlirmiş. Bu zaman onlardan birinin ayağı büdrəyib və yıxılıb. Su həmin uşağı 4-5 metr irəliyə aparıb. Murad bu zaman ona kömək edib və dostunu sudan çıxarıb, sonra isə ayağının altından torpaq qaçıb və yıxılıb, su da onu aparıb".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi