Modern.az

Keçmiş məhkum 51 yaşlı qadını döyüb, telefonunu əlindən aldı

Keçmiş məhkum 51 yaşlı qadını döyüb, telefonunu əlindən aldı

Hadisə

20 May 2024, 12:16

Mayın 15-i saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, hadisədən sonra zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Keçirilən tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəlüldlü İlqar Şirinov saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

 

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi