Modern.az

Ötən il 300-dən artıq qadın cinayətin qurbanı olub

Ötən il 300-dən artıq qadın cinayətin qurbanı olub

Hadisə

20 May 2024, 15:11

2023‐cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 24287 zərərçəkmiş şəxsin 7134‐ü qadın olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib. 


Zərərçəkmiş qadınlardan 2996‐ı xəsarət alıb, 296‐sı isə ölüb. Müqayisə üçün bildirilir ki, 2022‐ci ildə 25449 zərərçəkmiş şəxsin 7455‐i qadın olub. Zərərçəkmiş qadınlardan 2945‐i xəsarət alıb, 309‐u ölüb. 2023‐cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1513 (2022‐ci ildə ‐1475) zərərçəkmiş şəxsdən 1224‐ü (2022‐ci ildə ‐ 1196) qadın olub, onlardan 1173‐ü (2022‐ci ildə ‐ 1132‐i) xəsarət alıb. Məişət zorakılığı ilə bağlı ölən qadınların sayı 49 (2022‐ci ildə ‐ 51) olub, onlardan 47‐i qəsdən adam öldürmə (CM‐in 120‐ 122‐ci maddələri nəzərdə tutulur) cinayətinin, 1‐i özünü öldürmə həddinə çatdırılma, 1‐i isə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin qurbanı olub. 


2023‐cü ildə 25006 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1299‐u qadın olub. 2022‐ci ildə isə 24432 cinayət törətmiş şəxsdən 1227‐i qadın olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi