Modern.az

Tərtərdə çoban minaya düşərək ÖLDÜ

Tərtərdə çoban minaya düşərək ÖLDÜ

Hadisə

21 May 2024, 16:04

Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

 

1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

 

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı