Modern.az

İranda avtobus qəzası - Ölən və yaralananlar var

İranda avtobus qəzası - Ölən və yaralananlar var

Hadisə

22 May 2024, 13:30

Bu gün səhər saatlarında İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində sərnişin avtobusunun avtomobillə toqquşması nəticəsində 3 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Qərbi Azərbaycan vilayəti üzrə idarəsinin direktoru Həmid Məhbubi deyib.

 

Onun sözlərinə görə, Miyandab-Mahabad yolunda baş verən qəza nəticəsində 8 nəfər xəsarət alıb.

 

İdarə rəsmisi deyib ki, yaralılar müalicə mərkəzlərinə köçürülüb.

 

Fakta bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi