Modern.az

Maşın dəmir yolu xəttinin üzərinə aşdı

Maşın dəmir yolu xəttinin üzərinə aşdı

Hadisə

22 May 2024, 13:46

Bu gün səhər radələrində Bakının Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.

Modern.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halı baş verməyib.

Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?