Modern.az

Masallının 3 kəndinin qazı KƏSİLDİ

Masallının 3 kəndinin qazı KƏSİLDİ

22 May 2024, 18:22

Sabah Masallı rayonunun 3 kəndində qazın verilişi dayandırılacaq.

 

Modern.az-inaun məlumatına görə, Masallı rayonu ərazisində yerləşən “Alvadı” QPS-dən qidalanan Şərəfə, Çaxırlı, Binə Xocavar kəndlərinin ümumilikdə 2100 əhali abonentinin, asfalt zavodunun və diametri 159 mm-lik sənaye xətti üzərində olan qeyri-əhali abonentlərinin Tətyançay körpüsünün tikintisi ilə əlaqədar qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi