Modern.az

Sumqayıtda ana 3 uşağını qəsdən zəhərləyib? - VİDEO

Sumqayıtda ana 3 uşağını qəsdən zəhərləyib? - VİDEO

Hadisə

22 May 2024, 21:17

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

 

Modern.az "Xəzər TV"yə istinadən xəbər verir ki, zəhərlənən, 1983-ci il təvəllüdlü Sevgül İsgəndərova və uşaqları Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Ananın və uşaqların vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar. Uşaqların anası və nənəsi səsləndirilən iddiaların tamamilə yalan olduğunu söyləyiblər. Onlar ananın öz övladlarını zəhərləməsi xəbərini təkzib ediblər.

 

Qonşular da ananın öz övladlarını zəhərləməsi xəbərinin tamamilə yalan olduğunu deyiblər.

 

Yeri gəlmişkən, ana və 3 uşağın dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?