Modern.az

Ov tüfəngi ilə özünü GÜLLƏLƏDİ 

Ov tüfəngi ilə özünü GÜLLƏLƏDİ 

23 May 2024, 00:58

Şəkinin Cəfərabad kəndi yaxınlığındakı fermalardan birində özünəqəsd hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, rayonun Cəfərabad kəndi yaxınlığındakı fermada maldarlıqla məşğul olan 41 yaşlı Ağdam sakini Amil Əliyev ona məxsus ov tüfəngi ilə özünə qəsd edib.

 

Məlumata əsasən, Amil Əliyev uzun illərdir həmin ərazidə məskunlaşıb və fermalardan birində mal-qara saxlayıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gedərək ilkin təhqiqat aparıb, müayinələr həyata keçirilib.

 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?