Modern.az

Günəşdə üç güclü partlayış - Maqnit qasırğası gözlənilir

Günəşdə üç güclü partlayış - Maqnit qasırğası gözlənilir

Hadisə

23 May 2024, 07:54

Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, partlayışlar rentgen diapazonunda, M səviyyəsində olub və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam edib.

 

Xatırladaq ki, Günəş partlayış rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?