Modern.az

İtlərə işgəncə verilməsinə şərait yaradan şəxslər saxlanıldı - VİDEO

İtlərə işgəncə verilməsinə şərait yaradan şəxslər saxlanıldı - VİDEO

Hadisə

24 May 2024, 11:47

Sosial şəbəkələrdə bir qrup şəxsin uşaqların gözü qarşısında itləri boğuşduraraq onlara işgəncə verdiklərini əks etdirən görüntülər yayılıb.

 

Modern.az-ın məlumatına görə, araşdırma zamanı videonun Naxçıvan Muxtar Respublikası ərazisində çəkildiyi məlum olub.

 

Kadrlar yayıldıqdan dərhal sonra polis araşdırma aparıb.

 

Məlumata görə, Naxçıvan MR polisi tərəfindən heyvana işgəncə verilməsinə şərait yaradan şəxslərin hamısı saxlanılıblar.

 

Onlar barəsində qanunauyğun tədbir görülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?