Modern.az

"KamAZ" sürücünün üstünə aşdı

Hadisə

25 May 2024, 19:47

Lənkəranda bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.

 

Modern.as xəbər verir ki, hadisə rayonun Qurumba kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov “KamAZ” markalı yük maşınının təkərini dəyişmək istəyib.

 

Bu zaman qaldırıcı boşalıb və yük maşını sürücünün üzərinə aşıb. S.Həsənov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar.

 

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?