Modern.az

Bakıda binada yanğın - 6 nəfər təxliyə edildi

Bakıda binada yanğın - 6 nəfər təxliyə edildi

Hadisə

26 May 2024, 10:34

Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?