Modern.az

Zaqatalada qətlə yetirilən qadın müəllimdir - YENİLƏNİB

Zaqatalada qətlə yetirilən qadın müəllimdir - YENİLƏNİB

Hadisə

28 May 2024, 00:57

Zaqatalada qardaşı tərəfindən öldürülən qadın müəllim imiş.

 

Modern.az xəbər verir ki, bu barədə "lent.az" saytı məlumat yayıb.

 

Məlumata görə, qətlə yetirilən Natavan Əhmədova Yuxarı Tala kənd 2 saylı orta məktəbdə müəllim işləyib.

 

***

23:44

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızının odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

 

Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?