Modern.az

İstirahət mərkəzində yeniyetmə körpüdən yıxıldı

İstirahət mərkəzində yeniyetmə körpüdən yıxıldı

28 May 2024, 14:34

Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.

 

Bakı sakini 2010-cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu