Modern.az

Beyləqanda 4 otaqlı evdə yanğın

Beyləqanda 4 otaqlı evdə yanğın

Hadisə

29 May 2024, 08:44

Beyləqan rayonunda 4 otaqlı evdə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a bildirilib ki, rayonun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə, digər otağın 1 ədəd qapısı, pəncərə çərçivəsi və dam örtüyü 60 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur